Şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi davam edir.
3900 -ə yaxın vərəsəyə birdəfəlik ödəmələrin verilməsi barədə qərar qəbul edilib.Siyahı üzrə birdəfəlik vəsait alanlara bu barədə bildiriş SMS-i də göndərilib.Belə ailələrdən biri dəİsmayıllı rayonun Hacıhətəmli kənd sakini Ayaz Ağayevin ailəsidir. Şəhidin qardaşı Habil Ağayev bildirir ki,sənədləri çox qısa zamanda hazırlanıb və birdəfəlik ödənişi artıq əldə ediblər.
1992-ci ilin fevral ayında Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan Azad Zabitovun anası Şövkət Zabitova da prosedurun çox sadə şəkildəhəyata keçirldiyini bildirib.Sumqayıtda yaşayan Şövkət Zabitova pulun hesaba köçməsi barəsində mesajı alqdıqdan sonra həmin vəsaiti bankdan çıxarıb.
Siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Birdəfəlik ödəmənin verilməsindən ötrü 2018-ci il üçün 58 mln, 2019-cu il üçün 50 mln. manat ayrılıb.