Ölkədə vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.
Bu açıqlama Bakıda keçirilən "Azərbaycanda insan kapitalı üzrə forum"da verilib. Forum Azərbaycan Hökuməti və Dünya Bankının birgə təşkilatçılığı ilə baş tutub. Çıxış edənlər sosial sahədə aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat veriblər. Qeyd edilib ki, görülən tədbirlər nəticəsində son 15 ildə ölkədə işsizliyin səviyyəsi 5 faizə enib, 5 milyondan artıq yeni iş yeri yaradılıb. Əhalinin maaşı 10, pensiyalar isə 7 dəfədən çox artıb. Bu il isə işsizlikdən icbari sığorta haqqında və məşğulluq haqqında qanunlar qəbul edilib. Bu istiqamətdə atılan ən önəmli addımlardan biri isə məşğulluq reyestri və vakansiya bankının yaradılmasıdır. Bu sistem, yeni qəbul edilmiş "Məşğulluq haqqında" qanunda öz əksini tapıb.
Qeyd olunub ki, məşğulluğun artırılması ilə bağlı faəliyyətlər bir çox istiqamətlərdə davam edirilir. Bu həm qeyri-rəsmi məşğulluqla mübarizə, həm də özünəməşğulluq istiqamətindəhəyata keçirlir.
Daha sonra müzakirələr panellərdə davam etdirilib. Forum 3 gün davam edəcək.