Paytaxtın Nəsimi rayonu ərazisində üç gün əvvəl gecə saat 4-5 radələrində kimsəsiz yeniyetmə oğlan uşağı tapılıb. Polis əməkdaşları yetkinlik yaşına çatmayan uşağı sığınacağa təhvil veriblər. Hazırda onun valideynlərinin axtarışları aparılır.
Valideynlərini axtaran yeniyetmə sığınacağa gətirilib.
Adının Əli olduğunu deyən yeniyetməni dekabrın 15-i gecə saat 4-5 radələrində Nəsimi rayon polis idarəsinin 22-cipolis şöbəsinin əməkdaşları kimsəsiz və baxımsız halda aşkarlayaraq sığınacağa təhvil veriblər. Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, uşağın iddialarına görə, evə qayıtdıqda yaşadığı ünvanda anasını tapmayıb...
14 yaşı olduğunu deyən Əli 7-ci sinfdə oxuyur. Dediyinə görə, ailədə tək uşaqdır. O, iki gündür evdə qalmadığını, parklarda gəzdiyini deyir.
Hazırda uşağın valideynlərini həm polis, həm də sığınacaq rəhbərliyi axtarır.