Xəzər Xəbər

Himn və gerblə bağlı yeni tənzimləmə gəlir VİDEO

Veb TV | 20:39 • 18 Dekabr 2018
Himn və gerblə bağlı yeni tənzimləmə gəlir

Milli məclisin plenar iclasında əsas müzakirə mövzularından biri anti Azərbaycan qüvvələr tərəfindən maliyyələşdirilən və xaricidən sosial şəbəkələr vasitəsi ilə Azərbaycanda təxribat törətməyə çalışan şəxslərlə bağlı olub.Millət vəkilləri belə şəxslərin hüquq mühafizə orqanları tərəfindən təqib edilməsini və onların qanun çərçivəsində cəzalandırılmasını istəyib.

Eyni zamanda iclasda ''Dövlət Gerbi'' haqqında qanun layihəsi də birinci oxunuşda qəbul edilib ki, bu qanunladövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Bu tələbləri pozan şəxslər Cinayət Məcəlləsinə cəlb edilə bilər. Birinci oxunuşda qəbul edilən ''Dövlət himni'' haqqında qanun layihəsi isə himnin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

İclasda çıxış edən millət vəkili Fazil Mustafa isə Bakıda yağışlar yağandan sonra yaranan tıxac problemindən danışıb və bu məsələnin tezliklə həllini vacib sayıb.

Gündəliyinə 15 məsələnin daxil olduğu plenar iclasda ''Ümumi təhsil haqqında'' qanun layihəsi də birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar