Xəzər Xəbər

Sarımsaq satılmır - Məhsul bol, qiyməti də ucuz, amma müştəri yox - VİDEO

Veb TV | 20:01 • 18 Dekabr 2018
Sarımsaq satılmır -

Ağsuda birləşərək sarımsaq yetişdirən 2 təsərrüfat sahibi 10 ton məhsul əldə etsə də, onu sata bilməyiblər. Ötən il 1 kiloqramı 4 manat 50 qəpiyə satılan sarımsağıbu il hətta 80 qəpiyə də alan tapılmayıb. Buna baxmayaraq sakinlər ümidlənib yenidən sarımsaq əkiblər.

Ötən mövsüm sarımsaq yetişdirən kəndlilər tonlarla məhsulu hələ də sata bilməyib.

Ağsu rayonun Hacısəmədli kəndindəsarımsaq əkməklə məşgul olan kənd sakinləri yaxşı məhsul götürüblər. 2 təsərrüfat sahibi birləşərək 10 ton məhsul əldə edib. Hazırda isə bu qədər sarımsaq satılmadığından anbarda qalıb.

Kənd sakinləri buna baxmayaraq yenidən əkin aparıblar. Onlar yeni mövsüm üçün ümidlidirlər.

Ötən il sarımsaq yerində 4 manat 50 qəpiyə satılıb. Bu mövsümdə isə 80 qəpiyə də alıcı tapılmayıb. Ağsu Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Abdullayev Xəzər Xəbərə bildirib ki, həmin şəxslər fərdi təsərrüfat sahibləridir. Qurum isə yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara məhsulun satışında kömək göstərir. Kəndlilər sarımsağı yerindəcə satmaq istəyir. Məsləhət görülür ki, məhsul bazara çıxarılsın.

Xəbər lenti

Çox oxunanlar