Xəzər Xəbər

Çöl quşlarını kənd toyuğu altında satdı - Saxlanıldı VİDEO

Veb TV | 19:20 • 18 Dekabr 2018
Çöl quşlarını kənd toyuğu altında satdı - Saxlanıldı

Çöl quşlarını kənd toyuğu altında satan şəxs tutulub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat keçirib.

Saatlı rayonunda keçirilən əməliyyat zamanı, əvvəllərməhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı qanunsuz ovlanan 255 quş aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, Nəvai Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik quşu adı altında satmaq məqsədi ilə ovladığını bildirib.

Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar