Qonşusunun evindən 20 min manatlıq qızıl-zinət əşyaları oğurladı.Ancaq çox keçmədi ki, polis onun bu əməlinin üstünü açdı.
Hadisə Abşeron rayonunda baş verib.Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.Məlum olub ki, Qalib Baxşəliyev öz qonşusu Pərviz adlı şəxsin evindən oğurluq edib.
Saxlanılan şəxs cinayət əməlini mənzildə heç kəsin olmadığı vaxtda törədib. Ayrı ayrı vaxtlarda mənzilə daxil olan Qalib Baxşəliyev ümumilikdə qonşusuna 20 min manatlıq maddi ziyan vurub.Qalib Baxşəliyev tutuduğu əməldən peşman olduğunu deyir.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.