Bakıda 14 yaşlı uşaq itkin düşüb. Hadisə Qaradağ rayonu Müşfiq Qəsəbəsində baş verib. Qəsəbənin 28 May küçəsində yaşayan 14 yaşlı Hüseyn Qarazadə dünən səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Anası Reyhan Qarayevanın sözlərinə görə, övladı nitq qüsurludur və özünü ifadə etməkdə çətinlik çəkir.
Anası deyir ki, həmin uşaq təxminən 1 il bundan əvvəl də itkin düşüb. Ancaq həmin vaxt elə itdiyi gün tapılıb. İndi isə ana tapılmayan övladının taleyindən nigarandır.
Artıq məsələ ilə bağlı Qaradağ rayon 40-cı polis bölməsinə də məlumat verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.