Xəzər Xəbər

Təmizləyici qurğu alarkən diqqətli olun! VİDEO

Veb TV | 19:52 • 18 Dekabr 2018
Təmizləyici qurğu alarkən diqqətli olun!

Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, atmosferə atılan tullantılara görə 17 restoran bağlana bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tələblərə məhəl qoymayan 17 restoranla bağlı məhkəməyə müraciət edib. Hazırda həmin restoranlarla bağlı məhkəmənin verəcəyi qərar gözlənilir.

İndiyə qədər nazirlik tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb və tapşırıqlar verilib.Onlardan 223-də müasir standartlara cavab verən qurğu quraşdırılıb,iki restoran isə bağlanıb.

Bu məsələ bir daha müasir standartlara uyğun təmizləyici qurğuların qiyməti məsələsini gündəmə gətirib. Araşdırma zamanı məlum oldu ki, bu avadanlıqlar paytaxta əsasən Türkiyədən gətirilir. Qiymətləri isə minimum 3 mindən başlayır. Bu avadanlıqların şadlıq evlərində quraşdırılması bəzi hallarda 15 min manatdan baha başa gəlir ki, bunun da başlıca səbəbi manqalın böyük olmasıdır.

Kamran Mehdiyev tövsiyə edir ki, bu avadanlıqları alarkən bəzi nüanslara diqqət etmək lazımdır. Əks halda restoran sahibi əlavə xərcə düşə biəlr

Avadanlıqların texniki qulluq məsələsinə gəldikdə isə, Kamran Mehdiyev bildirdi ki, minimum ayda iki dəfə tüstü bacaları təmizlənməlidir. İşin intensivliyindən asılı olaraq bu iki dəfədən artıq da ola bilər..

Qeyd edək ki, zəmanətli mallara 1 il ərzində ayda iki dəfə pulsuz texniki qulluq da edilir.


Xəbər lenti

Çox oxunanlar