Günəşə Yerə nisbənət 120 dəfə daha uzaq bir səma cismi kəşf edilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Beynəlxalq Astronomiya Birliyi Kiçik Planet Mərkəzindən (MPEC) xəbər verilib.
Yeni səma cismi 2018 VG18 adlandırılıb. Bununla belə, ona elmi adla yanaşı «uzaqlarda» mənasına gələn «Farout» adı da verilib.
Təqribən 500 km diametri olan çəhrayı rəngli səma cisminin Günəş ətrafında tam dövrəsi 1000 ildən artıqdır.
Yerlə Günəş arasındakı uzaqlıq 1 astronomik vahid (AU) olaraq hesablanır. Faroutun Günəşdən uzaqlığı isə 120 AU-dur.
Astronomik cism Carnegie Elm İnstitutundan Scoot S.Sheppard, Havay Universitetindən David Tholen və Şimali Arizona Universitetindən Chad Trujillo tərəfindən kəşfedildiyi bildirilir./faktxəbər