"Ömrüm boyu işləyib qazandığım ev də əlimdən çıxsa, heç nəyim qalmayacaq".
"DNT" testi ilə 3 uşağının da ondan olmadığını öyrənən istanbullu Necdet Ç. yaşadıqlarını danışıb.
"Hüriyyet” xəbər verir ki, 21 illik həyat yoldaşının tərk etdiyi iddiası ilə boşanıb 3 uşağının onunla qalmasını istəyən Necdet Ç. həyatının yalanını öyrənib:
"Keçmiş həyat yoldaşımla kəndlərimiz çox yaxın idi. Uzaqdan da qohum idi. Əsgərlikdən gələndən sonra İlkay Y. ilə görücu üsulu ilə evləndik. Evlənəndə pulum var idi. O vaxtlar özümə şirniyyat dükanı açmışdım. Qalan pul ilə də Kağıthanedə bir ev aldım. O dövr həyat yoldaşımın atası mənə "Sən iş yeri açdın. Batsan, eviniz müsadirə olunar. Evi İlkayın adına keçir” dedi.
Mən əvvəlcə qəbul eləmədim. Çox təzyiq altında qaldığı üçün evi həyat yoldaşımın adına keçirdim. 21 illik evliliyimizdə 3 uşağımız oldu. İllərlə heç şübhələnmədim. Məndən xəbərsiz heç yerə getməzdi. Gündə 8 saat işləyirdim. Həyat yoldaşım axşamlar da heç yerə çıxmazdı. Uşaqlarım evə kim gəlib-gedib hamısını danışardı. Evin və uşaqları ehtiyac içində qoymazdı. Yaxşı bir ev xanımı idi. Bəzən atasının evinə gedib bir gün qalırdı. Arvadımın məni evimizdə aldatmadığına əminəm. Atasının evində aldatdığına inanıram. Çünki məndən xəbərsiz evdən çıxmırdı. Evlərimizin yaxın olmağına baxmayaraq orda yatardı. Mən maşınla aparıb atasının qapısının ağzına qoyurdum. Ertəsi gün də özüm götürüb gəlirdim. Bizim ətraf rayonlardan S.B adında bir adam var idi. Onunla aldadırmış məni. Onsuz da bütün uşaqların atasının o olduğunu düşünürəm. Həyat yoldaşımı ən son 6 il əvvəl görmüşəm. Heç birinin nə nömrəsi, nə də ünvanı var. Sadəcə S.B ilə İstanbulda yaşadıqlarını bilirəm. Daimi olaraq ünvan dəyişdirirlər. Uşaqlarım da məni axtarmırlar. 5 ildir onları görmürəm. İllərlə baxıb, bəsləyib, böyütdüyüm uşaqlar mənim deyilmiş. Uşaqlar doğulanda yanlarında mən var idim. İlk dəfə qucağıma mən aldım, məktəbə mən apardım. Bütün həyatım yalandan ibarət imiş. İndi yaşadığım ev də həyat yoldaşımın adınadır. Evi satmasın deyə məhkəmə müsadirə edib. Ömrüm boyu işləyib qazandığım ev də əlimdən çıxsa, heç nəyim qalmayacaq. Keçmiş həyat yoldaşımdan heç nə gözləmirəm. Onu və qaçdığı adamı Allaha həvalə edirəm”./AzNews.az