Xəzər Xəbər

Qısqanc ər arvadını biabır etdi - işdən qovuldu - VİDEO

Veb TV | 14:02 • 18 Dekabr 2018
Qısqanc ər arvadını biabır etdi -
Türkiyədə qısqanc kişi etdiyi hərəkətlərə görə biabır olub.

Kayseridə yaşayan A.P. həyat yoldaşını daima qısqandığı üçün onu izləməyə başlayıb. Bir müddət arvadının telefonuna gələn zəng və mesajları izləyib. Kişi iş yoldaşlarından gələn mesajlara cavab olaraq görüş təyin edib. Sonradan görüş yerinə özü gedib və həmin şəxslərlə dalaşıb.


Özünü ələ la bilməyən qısqanc ər, daha sonra arvadının müdirilə əlaqə saxlayıb. Qısqanc ər müdirə "arvadımla yatdınmı?” deyə soruşub.


Onun bu sualından sonra dava düşüb. Sonradan isə müdir həmin qadını işdən azad edib.


Gənc qadın qısqanc ərindən bezdiyi üçün məhkəməyə müraciət edib və boşanmaq istədiyini bildirib.


Qadın məhkəmədə ərindən həm də təzminat tələb edib. İş yerindən onun üzündən qovulduğunu iddia edən qadın bir illik məvacibini tələb edib.


BAKU.WS

Xəbər lenti

Çox oxunanlar