Türkiyə Superliqasının XVI turunun son oyununda "Fənərbaxça” İstanbulda "Ərzurumspor”u qəbul edib.
XəzərXəbər xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Andre Ayev (18) və Martin Skrtel (27) fərqləniblər.
Qeyd edək ki, bu, yeni baş məşqçi Ərsun Yanalın "Fənərbağça”da ilk matçı idi.Bu oyundan sonra xallarının sayını 15-ə çatdıran İstanbul təmsilçisi turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Fənərbaxça - Ərzurumspor 2:2