Honq-Konqda 24 yaşlı milyoner minlərlə Honq-Konq dollarını binadan insanlara atıb.
"Qafqazinfo” "Haberler.com”a istinadən xəbər verir ki, kriptovalyuta milyoneri olaraq tanınan Vonq Çinq Kit pul paylamağa lüks avtomobili ilə gəlib.
O, özünü "Varlıdan alıb, kasıba paylayan” obraz kimi təqdim edib və binaya çıxaraq insanlara pul atmağa başlayıb.
Məsələ barədə xəbər tutan polislər hadisə yerinə gediblər və onu saxlayıblar. Maddi sübut kimi isə 5 min dollar müsadirə edilib.