Xəzər Xəbər

Mətbuatın monitorinqinin nəticələri açıqlandı VİDEO

Veb TV | 20:09 • 17 Dekabr 2018
Mətbuatın monitorinqinin nəticələri açıqlandı

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində "dəyirmi masa” keçirilib. Tədbirdə iyun-noyabr ayları ərzində keçirilmiş monitorinqlə bağlı nəticələr də açıqlanıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov monitorinqlə bağlı məlumat verib. O deyib ki, Şura 2011-ci ildən dilçi alimlər və peşəkar mütəxəssislərlə birgə mətbuatda monitorinqlər keçirir. Məqsəd mətbuatda Azərbaycan dilinin qorunması və dil normalarına düzgün əməl edilməsidir.

Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasov qeyd edib ki, monitorinqə 15 qəzet, 10 informasiya saytı cəlb olunub. O bildirib ki, son dövrlərdə Azərbaycan mətbuatında dilin leksik normasının pozulması halları xeyli azalıb. Azərbaycan dilinin normalarına riayət olunması üçün zəruri tədbirlər görülür. Lakin leksik pozuntular azalsa da, qrammatik və üslub pozuntuları hələ də qalır.

Monitorinq qrupunun üzvü Bəhram Məmmədov deyib ki, səhvlərin böyük əksəriyyəti xarici KİV-lərdən tərcümə zamanı qeydə alınıb. Bundan başqa, bəzi jurnalistlər şifahi və yazılı dil arasında fərq qoymur.

Qrupun digər üzvləri isə bildiriblər ki, səhvlər mürəkkəb adların düzgün yazılmamasında, miqdar saylarının yerində işlənməməsində, süni sözlərdən istifadədə də özünü göstərir.


Xəbər lenti