Paşinyana yaxın, ona qədər isə Amerikapərəst hesab olunan mənbələr Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı kampaniyanı davam etdirirlər. Bu ölkənin kütləvi informasiya vasitələri Ermənistanda 9 dekabrda keçirilmiş seçkinin inqilabın qələbəsi olduğunu, Rusiya prezidenti Vladimir Putinin isə bu dəyişikliyi qəbul etmək istəmədiyini yazır. Ermənistan mediasında həmçinin Nikol Paşinyana qarşı yazılar da tirajlanmaqdadir.
"Vladimir Putin Nikol Paşinyan obrazında öz cəlladını görür."
Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə Rusiya ilə Qərb arasında çabalayır. Nikol Paşinyan istiqaməti bəlli olmayan siyasi xəttinə 4-cü hakimiyyəti də alət edir. Məsələn, 1in.am erməni saytı yazır ki, Rusiya lideri Vladimir Putinlə bərabər, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının da Nikol Paşinyanı təbrik etməməsinin bir neçə səbəbi var. Başlıca səbəb inqilabdan sonrakı Ermənistan ilə avtoritar Avrasiya İqtisadi İttifaqı arasındakı sivilizasiya boşluğudur. 1in.am saytı, Ermənistandakı inqilabi hakimiyyətin eks-prezident Robert Koçaryanı həbsxanaya salmasına diqqət çəkir. Yazıda bildirilir ki, Koçaryan qaniçən və despot olsa da, nədənsə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin yaxın dostu idi və onun həbsindən sonra ittifaq üzvləri yenə də eks prezidenti müdafiə edirlər.
Nikol Paşinyanın məxməri inqilabından bu yana ki səriştəsiz siyasəti Ermənistan vətəndaş cəmiyyətinin də qınağına tuş gəlib. Vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistandakı vəziyyətin bir adamdan - Nikol Paşinyandan asılı olmasından narahatlıqlarını ifadə ediblər. Vətəndaş cəmiyyətinin təmsilçiləri inqilabın baş verməsindən peşmançılıqlarını gizlətmir, ölkədə qanunun aliliyinin təmin olunmasıni istədiklərini bildiriblər. Ermənistanı milli və strateji araşdırmalar mərkəzinin sədri Manvel Sargsyan bildirib ki, heç kim Serj Sarqsyanın yerinə Nikol Paşinyanın gətirilməsini istəməyib.
Erməni mediası Belarus prezidenti Aleksandr Lukaşenkonu isə ən sərt şəkildə, hətta əxlaqsız ifadələrlə təhqir edir. Erməni jurnalist Aram Amatuninin ''Belarus Prezidentinin qeyri-əxlaqi siyasi hərəkəti'' başlıqlı məqaləsində Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Yuri Xaçaturovun postundan azad olunmasında aktivlik nümayiş etdirməkdə, Eks Prezident Serj Sarkisyanla 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı danışıqları ictimailəşdirməkdə ittiham olunur. Erməni mediası Lukaşenkonu "siyasi əxlaqsız" adlandırır. Vurğulanır ki, Belarus Prezidenti Dağlıq Qarabağla bağlı bütün gizli kartları açıb və Vladimir Putinin sərin münasibətləri fonunda Belarus, Qazaxıstan və Azərbaycan prezidentləri Ermənistanı hədəfə alıblar.
Eləcə də Rusiya mediasında Paşinyana qarşı yazılar dərc olunur. "Sankt Peterburgskie vedomosti"Ermənistanda dırnaqarası məxməri inqilabın son akkordlarının yaşandığını yazır. Məqalədə qeyd olunur ki, bu ölkədə keçirilmiş seçkil sensasion yox, gözlənilən, hətta əvvəlcədən planlaşdırılan idi. Serj Sarkisyan hakimiyyətini təmsil edən partiyanın çox az səs toplaması buna əyani sübutdur. tass.ru saytında yerləşdirilən yazıda qeyd olunur ki, Nikol Paşinyanın cəhdlərina baxmayaraq, Ermənistan iqtisadiyyatı çökməkdə davam edir. Xaricdəki lobbi tərəfindən Ermənistana yönləndirilən vəsait belə bu ölkəni qurtara bilmir. Rusiya mediası, Ermənistanın dalana dirəndiyi vurğulayır. Sonda isə Nikol Paşinyana açıq sual ünvanlanır - ''Ermənistanın yeni lideri Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı addım ata biləcəkmi?''