Xəzər Xəbər

Oğuzda qeyri-adi heyvan skleti tapıldı VİDEO

Veb TV | 20:23 • 17 Dekabr 2018
Oğuzda qeyri-adi heyvan skleti tapıldı

Oğuzda qeyri-adi heyvan skleti aşkar edilib. Həmin skleti kənd sakinlərindən biri evinin zirzəmisindən tapıb. Maraqlısı budur ki, skeletin iki ayağı var və bu həmin heyvanın dik yeriməsi anlamına gəlir. Belə bir heyvan hansıdır, kənd sakinləri də elə bunu öyrənmək istəyir.

Evini təmir etdirmək istəyən şəxs zirzəmidən qəribə bir heyvan skeleti tapıb.

Maraqlı hadisə Oğuz rayon Böyük Söyüdlü kənd sakini Muradxan Novruzovun başına gəlib. O, deyir ki, bir neçə gün əvvəl evin otaqlarından birinin döşəməsini təmir məqsədi ilə söküb. Bu zaman uzunluğu 50 sm-ə qədər olan qəribə heyvan skleti aşkar edib. Heyvanın 5 boyun, 12 döş, 8 oma və 13-14 quyruq sümüyü var. Arxa ərtafı 3 hissədən ibarət olub, ilk baxışdan dik yeriməsi əlamətləri də var.

Həmişə cürbəcür heyvanları görən yaşlı kənd sakinləri də bu cür heyvan skletini ilk dəfə gördüklərini deyirlər. Heyvanın ağzında hər tərəfdə 3 azı dişi, 1 köpək dişi, qabaqda isə 5 gəmirici xırda dişlər var.

Skletin yanındakı qarğıdalı qıcalarından onun bitkilərlə qidalanması görünür.

Sakinlərin sözlərinə əsasən bu sklet ölçülərinə görə pişik skletinə bənzəsədə pişiyin boynunda 7 sümük olur. Bu skletdə isə sümüklərin sayı 5 dir. Sakinlərin əsas maraqlarına səbəb olan onun qeyri adi quruluşlu olmasıdır. Skletlə bağlı Zologiya inistutuna müraciət edilib, araşdırma aparılacaq.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024