Azərbaycanda erkən nigah problemlərinin qarşısının alınması üçün ailə psixoloqu və institutu sistemi formalaşdırılacaq. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynurə Veysəlova deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı bağlı artıq sənədlər hazırlanır.
Aynur Veysəlova deyir ki, ümumiyyətlə erkən nigahlarla ilə bağlı vəziyyət ildən-ilə müsbətə doğru dəyişir. Rəsmi statistikaya əsasən, son 5-6 ildə ölkədə belə nigahlarının sayı 10 dəfə azalıb. Buna səbəb kimi isə cinayət məcələsinə edilən dəyişiklik göstərilir.
Yeni institun fəaliyyətə başlaması iləerkən nigahlarınsayının daha daazalacağı gözlənilir.