Xəzər Xəbər

Azərbaycanda bu kənd çörəyi ilə tanınır - çəkisi 3-5 kq, qiyməti 3-4 manatdır - VİDEO

Veb TV | 20:53 • 16 Dekabr 2018
Azərbaycanda bu kənd çörəyi ilə tanınır -

Hər gün süfrəmizdə əsas yeri tutan çörəyin müxtəlif çeşidlərini çox görmüşük. Lakin Zaqatalanin Muğanlı kəndində bişirilən çörək indiyədək gördüklərimizdən xeyli fərqlənir. Həm çəkisi, həm də bişirilmə qaydalari ilə...

Xezerxeber.az-ın məlumatına görə, yalnız bu kənddə bişirilən çörəyin çəkisi ən azı 3 kq. olur. Bəzən 5 kiloqramadək olan çörəklər də kürədə bişirilir.

Kürədə istiliyin yayılması üçün onun hündürlüyü və eninə diqqət yetirmək lazımdır. Torpaqdan nəm çəkməməsi və istinin aşağı getməməsi üçün yeri düzgün seçilməli, düzgün tikilməlidir. Çörəyin bişirilməsinə gəldikdə isə, xəmir gecədən yoğurulur. Yalnız əvvəlcədən hazırlanmış balatı ilə yoğrulmuş xəmir ən azı iki saat üstü bağlanaraq acımaq üçün müəyyən istilikdə saxlanılır.

Çörəyin bişməsi də iki saata qədər davam edir. Bu müddət ərzində çörək tam bişir, tərkibində nəm qalmır. Ağırlığı isə 3-5 kq. olur.

Çöryə əlavə heç nə qatılmadığına görə uzun müddət qalır. Kənddə bəzi ailələr Muğanlı çörəyini bişirib satırlar. Rayonun bəzi sakinləri də məhz bu xüsusiyyətlərinə görə Muğanlı kəndinin bu çörəyini alıb yeməyə üstünlük verirlər.

Çörəyin qiyməti çəkisindən asılı olaraq 3-4 manat arasında dəyişir. Ailə üvlərinin sayından asılı olaraq bu çörəyin bir ədədini bir neçə gün istifadə etmək olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar