Xəzər Xəbər

Ermənistan mediası Paşinyanı tənqid edir VİDEO

Veb TV | 20:07 • 15 Dekabr 2018
Ermənistan mediası Paşinyanı tənqid edir

Ermənistan hakimiyyətinin düşünülməmiş siyasəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsas iki ölkəsi Rusiya və Belarusun bu ölkə ilə münasibətlərində ciddi problemlər yaradıb. Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Nikol Paşinyanın qərarı ilə təşkilatın baş katibi seçilən şəxsin vəzifədə olduğu müddətdə onun cinayət məsuliyyətinə cəlb olunması qurumun nüfuzuna ciddi zərbə vurub.

First in.am saytının yaydığı məqalədə qeyd olunur ki, Aleksandr Lukaşenko Nikol Paşinyanın bilərəkdən Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını ölkənin daxili siyasətində apardığı oyunlara qurban etdiyini qeyd edib. Buna görə də Lukaşenko hesab edir ki, növbəti sədr artıq Ermənistandan seçilə bilməz.

Saytda yayımlanan başqa bir məqalədə isə Rusiya ilə Ermənistan arasında əlaqələrin pisləşməsindən narahatlıq ifadə olunur. Məqalədə qeyd olunur ki, Rusiya indiki hakimiyyətlə münasibətləri hələ tam müəyyən etməsə də Serj Sarkisyanın hakimiyyətdə qalmasına da dəstək vermədi. Bunu isə onunla izah edirlər ki, Serj Sarkisyan regionda sülhün təminatçısı hesab edilən Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir addım atmamış və 5 rayonun ilkin mərhələdə boşaldılmasına qarşı çıxmışdı.

Əsas narahatlıq isə Nikol Paşinyanın qərb yönümlü olmasına görə Rusiya Ermənistan hökümətinə təzyiqləri artıracaq. Yazıda o da vurğulanır ki, Rusiyanın davamlı təzyiqləri Ermənistan hakimiyyətinin bir sıra möqeləri itirməsi ilə nəticələnə bilər. Belə olacağı təqdirdə isə Ermənistan yenə də öncəki vəziyyətdə olacaq və Paşinayn rəhbərliyində məxməri inqilabın demək olar ki, heç bir önəmi qalmayacaq.

Ermənistanın aysor.am saytı isə yazır ki, Nikol Paşinyanın məsləhətçisi Mesrop Arakelyan yeni rəhbərliyin nə iş görəcəyi ilə bağlı açıqlamalar vermək yerinə ancaq öncəki hakimiyyətin iqtisadiyyatı dağıtması ilə bağlı yazılar yazmaqla məşğuldur.Onun hadisələrə ancaq bu cür yanaşmasının anlaşılmaz olduğu qeyd olunur və baş nazirin ona verdiyi tapşırıqların hansı yöndə olduğu sual edilir.

Xəbər lenti

Çox oxunanlar