Mağazdan kreditlə telefon almadığı halda ona adına sistemdə kredit borcunun olduğu bildirilib.Buna görə də vətəndaş başqa bir mağazdan kreditlə telefon ala bilmir.
Şəmkirin Düyərli kənd sakini Əfqan Məmmədov əvvəlcə Gəncə şəhərində yerləşən mağazalardan birindən kreditlə 900 manata telefon almaq istəyib.Ona məlumat verilib ki,kreditlə telefon götürə bilər.Ancaq məsələ burasındadır ki, Əfqan Məmmədov həmin mağazadan telefon almadığı halda onun adı sistemdə kreditlə telefon gütürmüş şəxs kimi qeydiyyata alınıb.
Bundan sonra Əfqan Məmmədov Şəmkirdə başqa bir mağazadan kreditlə telefon almaq istəyərkən ona kredit informasiya sistemdə adına borc olduğu bildirilərək kreditlə telefon verməkdənimtina edilib.
Gəncədəki sözügedən mağazadan isə "XəzərXəbər”ə bildirdilər ki, məsələ alıcının iddia etdiyi kimi deyil .Belə ki, mağazaya maliyyə xidməti göstərən kredit şirkətinin sistemində həmin müştərinin sifariş etdiyi məhsulu almaqdan imtina etdiyi qeyd olunub. Onun sonradan müraciət etdiyi mağazaya da həmin kredit şirkəti xidmət göstərir və onlar sistemdəki bu məlumata əsasən müştərini problemli kimi qiymətləndirərək satış etməkdən imtina ediblər.