Xəzər Xəbər

Kivi yığımı başladı - Məhsul bol, alıcı az VİDEO

Veb TV | 19:25 • 15 Dekabr 2018
Kivi yığımı başladı - Məhsul bol, alıcı az

Astarada kivi yığımına başlanılıb. Ancaq məhsul bol olmasına baxmayaraq, alıcısı azdır.

Bir çox xüsusiyyətlərinə görə kivi sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı az zərər görməsi bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.

Astaranın Kijəbə qəsəbəsində fermerlər bir neçə gündür kivi yığımına başlayıblar. Fermerlər deyirlər ki, ötən il məhsulu yaxşı satsalar da, bu il kiviyə maraq göstərən azdır.

Qiymətlərə gəldikdə isə, ötən illə müqayisədə bu il 1 kiloqram kivinin qiyməti 40-60 qəpik arasında dəyişir. Təsərrüfatçılar isə tələbatın və qiymətin aşağı olması səbəbindən məhsulu hələ ki, bütünlüklə bazara çıxarmağa tələsmirlər.


Xəbər lenti

Çox oxunanlar