Bir cinayətin istintaqı yekunlaşmamış ikincisini törətdi.
Astara sakini Elçin Ağazadə rayon polis şöbəsinə müraciət edərək bildirib ki, axşam saatlarında evdə olmadığı vaxtda naməlum şəxs onun yaşadığı mənzilə daxil olub və evdən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarını oğurlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni törədən şəxs zərərçəkmiş Elçin Ağazadənin bir müddət əvvəl saxlanılan və məhkəmə tərəfindən araşdırma başa çatanadək müəyyən müddətə sərbəst butraxılan qonşusudur.
Elşad Seyfullayev tutularaq istintaqa cəlb edilib.
Oğurlanmış əşyaların bir qismi tapılaraq maddi sübut kimi götürülüb. Faktlı bağlı cinayət işi başlanılıb, istintaq aparılır.