Amma elə sərhəd xətləri var ki, qəribədir və sərhəd üçün qeyri-adi sayılan yerlərdən keçir.
XəzərXəbər Ölkə.Az-a istinadən bu gün oxucularına dünyanın ən qəribə sərhəd nöqtələrini təqdim edir:
1.Hollandiya-Belçika
Hollandiya və Belçika arasında sərhəd xətti də qəribədir. Baarle qəsəbəsində yaşayan insanların da həyatı olduqca maraqlıdır. Qəsəbədən keçən sərhəd xəttinin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikaya məxsusdur. Bəzi yerlərdə isə bu xətt evlərin, dükanların və iş yerlərinin ortasından keçir.
2.Avstriya-Macarıstan-Slovakiya
Avstriya-Macarıstan-Slovakiya arasındakı sərhəd xətti bir masadan keçir. Bir neçə dostunuzla otursanız, fərqli ölkələrdən bir-birinizin səsini rahatlıqla eşidə bilərsiniz.
3.Nepal-Çin
Nepal-Çin arasındakı "Dostluq Körpüsü”nün uzunluğu cəmi 65 metrdir.
4.İsveçrə-Fransa
İsveçrə və Fransa arasındakı sərhəd xətti otel otağından keçir.
5.Hollandiya-Almaniya
Fotodakı şəxs "Eurode” iş mərkəzində çalışır. O, bir ayağını Hollandiya, digər ayağını isə Almaniya sərhədinə qoyub.
6.İspaniya-Portuqaliya
İspaniya və Portuqaliya sərhədi bu kanatdır. Bu kanatla sürüşərək İspaniyadan Portuqaliyaya keçmək mümkündür.
7.Almaniya-İsveçrə
Sağ tərəf Almaniya, sol tərəf isə İsveçrədir.
8.İsveç-Norveç
Bu yol tam olaraq İsveç-Norveç sərhədidir.
9.ABŞ-Meksika
ABŞ-Meksika sərhəd xəttində voleybol oynamaq da mümkündür.