Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 000-ci sərnişini qəbul edib. Bu, son 20 ildə rekord göstəricidir. Bu münasibətlə təşkil olunan tədbirdə Bakı Limanında həyata keçiriləcək yeniliklər barədə də məlumat verilib.
Xezerxeber.az-ın məlumatına görə, mərasimdə qeyd olunub ki, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Vəfa Səfərli deyib ki, gələn ildən sərnişinlər biletləri internet üzərindən və ya mobil telefonlarına xüsusi proqram yükləməklə əldə edə biləcəklər.
Vəfa Səfərli əlavə edib ki, Ələt qəsəbəsində yerləşən limanda müasir sərnişin terminalının tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, bu il Bakı Limanı ilə konteyner daşımalarının həcmi də artıb.
O, Bakı Limanının köçürülməsi məsələsinə də münasibət bildirib və deyib ki, artıq köçürülmə işlərinə başlanılıb. Hazırda limandakı kranların sökülməsi prosesi gedir. Növbəti il əməliyyatların böyük bir hissəsi Ələt limanında olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: