Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub.
Xezerxeber.az-ın məlumatına görə, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş tədbirdə qeyd olunub ki, avqustun 2-də imzalanmış sərəncamla bu kateqoriyadan olan insanlara 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da nəzərdə tutulduğundan 2,8 dəfə çox, yəni 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan verib. Hazırda verilən mənzillər də daxil olmaqla, şəhid ailələrinə və əlilliyi olanlara bu günədək təqdim edilən mənzillərin sayı 6208-ə çatıb.
Bildirilib ki, ilin sonuna kimi daha 372 mənzil və 60-dan çox fərdi ev bu kateqoriyadan olan insanlara təqdim ediləcək.
Gələn il isə 800 mənzil və fərdi evin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: