Sosial şəbəkələrdə Bakıda təhlükəli vəziyyətdə idarə edilən avtobusun görüntüləri yayılıb.
Görüntülərdə metronun "Memar Əcəmi" stansiyası ilə Biləcəri istiqamətində hərəkət edən 92 saylı iritutumlu marşrut avtobusunun dairəyə bir tərəfi aşağı yatmış formada daxil olması əks olunub. Belə ki, sərnişinlərin ağırlığından avtobusun bi tərəfi çöküb və qəza şəraiti yaranıb. Sürücü avtobus aşmaması üçün, nəqliyyat vasitəsini çox aşağı sürətlə hərəkət etdirib./publika.az