Yaroslavda keçirilən Ümumrusiya "ProeKTOriYA" forumunda robot kostyumu geyinmiş animator - riyazi bilgiləri olan, yeriyə, danışa və rəqs edə bilən "Boris" robotu kimi təqdim edib. Süjet "Vesti Yaroslavl" verilişində təqhdim olunub.
Jurnalistlər süjetin yarısını "Boris"ə həsr edərək, onu ən müasir robot adlandırıblar.
Kadrları izləyən istifadəçilər bildiriblər ki, "robotda" bir dənə belə olsa ötürücü olmayıb. Xüsusiyyətinə görə dünyanın ən müasir robotu sayıla biləcək "Boris" barədə heç bir məlumat yoxdur.İstifadəçilər həmçinin hesab edirlər ki, robotun səsi kimi əvvəlcədən yazılmış audiodan istifadə olunub: çıxış zamanı mikrofon olmasa da, Borisin səsi zalın akustik sistemində eşidilib.
Sonradan müəyyən edilib ki, bu robot yox, "Robot Alyoşa" kostyumunda olan insandır. "Alyoşa"nın satıldığı şourobotı.rf saytında bildirilir ki, kostyumun dizaynı və texniki icrası qarşınızda həqiqi robotun olduğu barədə demək olar ki, tam illüziya yaradır.
Bəzi istifadəçilər isə bildirir ki, forumda heç kim Borisin əsl robot olduğunu elan etməyib. Bu səbəbdən KİV-in forumun təşkilatçıları tərəfindən aldadıldığını demək olmaz. Çünki "Vesti"nin kadrlarında kostyumun içindəki animatorun boğazı görünür.