Xəzər Xəbər

100 yaşlı qoca görənləri heyrətə salır: Əsla qadağan deyil VİDEO

Veb TV | 14:32 • 9 Dekabr 2018
100 yaşlı qoca görənləri heyrətə salır: Əsla qadağan deyil

Britaniyanın Bakinqemşir qraflığının sakini Artur Qrisbruku tam olaraq yanlış qidalanmanın nümunəsi saymaq olar.

Teleqraf.com xəbər verir ki, o hər gün demək olar ki, azı iki qədəh qırmızı şərab içir və böyük ət steykləri, qrildə hazırlanmış sosis və yumurta yeyir.

"Bu cür qidalanma əsla qadağan deyil, ancaq nəzərə almaq lazımdır ki, Arturun 100 yaşı az öncə tamam olub”, – deyə onun evindən hazırlanan reportajda bildirilir.

Yaşının çox olmasına baxmayaraq, Qrisbruk müstəqil hərəkət edir və öz evində aktiv həyat tərzi sürür.

O, alış-verişə özü gedir, bişirir, evdə hər şeyi özü edir, dostları ilə görüşür və orqan musiqisi ilə məşğul olur.

Xəbər lenti

Çox oxunanlar