Türkiyədə Fırat Universiteti tibb fakültəsinin 6-cı kurs tələbəsi, 23 yaşlı Fatih Şəmsəddin həkim sevgilisi Ç.G.B. ilə birlikdə aralarındakı problemi müzakirə etmək üçün cərrah Mustafa Girgini evinə dəvət edib.
Teleqraf.com-un xəbərinə görə, evdə yaranan mübahisədən sonra Mustafa Girgin bıçaqlanaraq öldürülüb. Fatih Şəmsəddin A. isə əlindən yaralanıb.
Hadisə yerinə gələn polis Fatih Şəmsəddin və sevgilisini həbs edib. Fatih Şəmsəddin polisin nəzarəti altnda müalicə üçün xəstəxanaya, qadın isə polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.