Türkiyə Superliqasında 15-ci turun oyunları keçirilir.
"Qalatasaray” klubu öz meydanında "Rizespor”u qəbul edib. Görüş Fatih Terimin yetirmələrinin üstünlüyü ilə keçsə də, nəticədə "Sarı-qırmızılılar” məyus olublar. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Bununla "Qalatasaray” Superliqada doğma meydanda ardıcıl dördüncü dəfə heç-heçə edərək xal itirib.