Xəzər Xəbər

Ermənistan yenə kənarda qaldı VİDEO

Veb TV | 18:56 • 8 Dekabr 2018
Ermənistan yenə kənarda qaldı

Rusiyanın Sankt Peterbuq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Erməni diplomatiyasının növbəti uğursuzluğu ilə yadda qaldı. Bunu Qeyri-rəsmi zirvə toplantısının yekunlarını şərh edən politoloq Rasim Musabəyov bildirib.

Tədbir çərçivəsində prezident İlham ƏliyevləErmənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. Eyni zamanda söhbət çərçivəsində Ermənistan və Azərbaycanda saxlanılan girovların qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub.Prezident İlham əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.

İclasda Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının növbəti baş katibinin Belarusdan olacağı təsdiqlənib.Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul ediləcək. Bir sözlə Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir. Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyana biganə münasibəti də diqqətdən yayınmayıb

Rasim Musabəyov vurğulayıb ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür.Üstəlik qeyri-rəsmi zirvə toplantısında prezident İlham Əliyevə qoyulan hörmət onun nüfuzunun hansı səviyyədə olduğunu göstərir

Bu fakt bir daha göstəririr ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyində beynəlxalq aləmdə , o cümlədən də nüfuzlu bir dövlətdir və onun fikri və mövqeyi hər zəmən nəzərə alınır.

Xəbər lenti

Çox oxunanlar