Xəzər Xəbər

İşlədiyi evdən oğurluq edən usta "iş başında" yaxalandı - VİDEO

Veb TV | 20:37 • 26 Noyabr 2018
İşlədiyi evdən oğurluq edən usta "iş başında" yaxalandı -

Sumqayıtda 20-yə yaxın avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqintafon, səsgücləndirici, akkumulyator və maşınların salonlarında olan digər qiymətli əşyaları oğurladıqları məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən iki nəfər - Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar.

Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Onlar ifadələrində, əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.

Kürdəmirdə isə usta işlədiyi evdən oğurluq edib.

Rayon sakini Elçin Səlimov polisə müraciət edərək ona məxsus evin mətbəxindən və yataq otağından 3.000 manat dəyərində məişət avadanlıqlarının oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, həmin evdə usta işləmiş Qabil Süleymanov oğurladığı məişət əşyalarını satamaq istəyərkən elə "iş başında" yaxalanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar