Neftçalada keçmiş polis işçisi bıçaqla qətlə yetirilib.
Biləsuvarda isə əməliyyat keçirən polis kapitanı kənd sakinləri tərəfindən balta ilə vurularaq yaralanıb.
Xezerxeber.az-ın məlumatına görə, keçmiş polis işçisinin bacanağı tərəfindən qətlə yetirildiyi iddia olunur.
Hadisə axşam saatlarında Neftçalanın Səxavət Bayramov küçəsində qeydə alınıb. Keçmiş polis işçisi olan Vaqif Kəlbiyev ofisinin qarşısında bir neçə bıçaq zərbəsi vurulmaqla qətlə yetirilib. Bundan bir neçə dəqiqə sonra ailə üzvləri xəbər tutblar. Yaxınlarının dediyinə görə, hadisə baş verən axşamı İbrahim İbrahimov Vaqif Kəlbiyevə zəng vuraraq bir nəfər yaxın tanışına kömək etməsini bildirib. O da razılıq verib. İbrahim İbrahimov axşam bacanağı Vaqif Kəlbiyevlə görüşüb. Ustündən bir neçə dəqiqə keçdikdən sonra ailə üzvləri Vaqifin qətlə yetirilmiş meyitini yenicə tikdirdiyi ofisin qarşısında görüblər. Hadisənin səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda isə əməliyyat keçirən polis kapitanı balta ilə vurulub. Hadisə rayonun Aşağı Cürəli kəndində baş verib. Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün polis idarəsinə dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər. Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar. Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rəfael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib. Bu zaman o, zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Hadisədən sonra iki qardaş Rauf və Rəşad Şahbazovlar saxlanılıblar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: