Xəzər Xəbər

Azərbaycanda ayı ovlayanlar saxlanıldı - VİDEO

Veb TV | 20:30 • 26 Noyabr 2018
Azərbaycanda ayı ovlayanlar saxlanıldı -

İsmayıllı rayonunda adı "rmızı kitab"a düşmüş qonur ayını ovlayanlar saxlanılıb. Tutulan 6 nəfər ayını necə ovladıqlarını danışıblar.

Xezerxeber.az-ın məlumatına görə, noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab"a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı"ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər Səfərov olduqları müəyyən edilib. Onlar ayını necə ovladıqlarından danışıblar.

Şübhəli şəxslər istintaqa təqdim edildikdən sonra onlardan 5 ədəd ov tüfəngi götürülüb. Faktla əlaqədar Qanunsuz ov etmə maddəsi ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar