Xəzər Xəbər

İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb - VİDEO

Veb TV | 13:53 • 26 Noyabr 2018
İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb -

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot binaların arasına düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 hərbçi ölüb, 1-i yaralanıb.

Sancaqtəpə bələdiyyəsinin sədri İsmayıl Erdem vertolyotun təlim uçuşu üçün havaya qalxdığını, yaxınlıqda hərbi hissənin olduğunu bildirib.

X X X

12:38

İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot qəzaya uğrayıb.

Trend-in məlumatına görə, vertolyot yaşayış məntəqəsinə düşüb. Üç hərbçinin həlak olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Çox oxunanlar