Nil çayının qərbində 4 min illik firon məzarı tapılıb
Misirin Tarixi Əsərlər Nazirliyi Nilin qərbində 4 min illik firon məzarı aşkarladıqları ilə bağlı açıqlama verib.
Məzarın Tanrı Amonun arvadı Mutun sərdabəsində mumyalama işlərinə baxan din adamı Thav Rakht İfə aid olduğu qeyd olunur.
Məzarın divarlarında ailədən olan insanların adlarının yazılı olduğu, içində isə 2 tabut və 2 taxta heykəlin olduğu bildirilib.
Açıqlamada, arxeoloji qazıntılar nəticəsində Amon məbədinin vəkili işləyən "Huri” adlı birinə aid mumyanın da tapıldığı deyilir.
AzNews.az