Rusiyanın Ukraynadakı diplomatik korpusuna hücum olub. "Rossiya 24" kanalı bildirir ki, millətçi gənclər səfirlik qarşısına toplaşaraq ora gözyaşardıcı qaz atıblar.
Onlarla gənc bundan əlavə səfirliyik önünə şinlər düzüblər. Yerli polis hadisədən sonra səfirliyi mühasirəyə alıb. Diplomatik korpusun önünə Kiyevin polis rəisi də gəlib.
"TASS" məlumat verir ki, bazar günü, noyabrın 26-na keçən gecə Kiyevin mərkəzində Rusiya diplomatlarına məxsus avtomobillərdən biri yandırılıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
FaktXəbər