Hazırda mövsümü meyvələrin bolluğu yaşanır. Bazarlarda alma, nar və heyva ən çox satılan meyvələrin başında gəlir. Satıcılar qiymətlərin hələ bir müddət sabit qalacağını deyir
Paytaxt bazarlarında mövsümü meyvələrin bolluğu yaşanır. Satıcılar deyir ki, bu günlərdə ən çox tələb əsasən nar, alma və heyvayadır. Bu məhsulların qiymətləri isə müxtəlifdir.
Bundan başqa sitrus meyvələrin də bolluğu yaşanır. Satıcıların sözlərinə görə, hazırda ən çox tələbat mandarinədir.
Hazırda tam olaraq mövsümü sayılmasa da, bazarda üzüm də az deyil.
Bazardakı qiymətlər isə ən çox alıcıların üzünü güldürür
Satıcılar deyirlər ki, mövsümü meyvələr bol olduqca qiymətlər sabit qalacaq