Xəzər Xəbər

Məişət avadanlıqlarının məlumat kitabçaları niyə Azərbaycan dilində deyil? VİDEO

Veb TV | 20:04 • 25 Noyabr 2018
Məişət avadanlıqlarının məlumat kitabçaları niyə Azərbaycan dilində deyil?

Bəzi vətəndaşlar yeni alınan məişət və elektron avadanlıqların məlumat kitabçalarının xarici dillərdə olmasından narazdır. Onların sözlərinə görə, bu kitabçaların Azərbaycan dilində olmaması lazım olanda avadanlıqların texniki xüsusiyyətləri barədə məlumat ala bilməmələrinə səbəb olur. Bəs görəsən bu məsələ qanunla necə tənzimlənir?

Söhbət məişət və elektron avadanlıqların məlumat kitabçalarının xarici dillərdə olmasından gedir.Vətəndaşlar bu avadanlıqların məlumat kitabçalarındakı təlimatların xarici dillərdə yazılmasından sözün əsl mənasında əziyyət çəkirlər. Bəzi vətədaşlar bu kitabçaların istifadəsi lazım olanda, oxuyub anlaya bilmədiklərini deyirlər.

Satıcılar isə bildirir ki, bu avadanlıqların əksəriyyəti xarici ölkədə istehsal olunduğu üçün onların məlumat kitabçaları da xarici dillərdə olur. Bu məlumatlar əsasən rus, ingilis dillərində yazılır. Əksər mağaza sahibi bu kitabların sonradan azərbaycan dilində tərcüməsində elə də maraqlı olmurlar

Əslində isə bu kitabçaların Azərbaycan dilində tərcüməsi elə də çətin bir proses deyil. Bunun üçün məhsulun Azərbaycanda satışını həyata keçirən şirkətin istehsalçı şirkət qarşısında tələb qoyması kifayət edir. Şirkət də öz növbəsində müştəri məmnuniyyətini nəzərə alaraq həmin kitabçalara Azərbaycan dilində də məlumat əlavə edir. Sayı az olsa da, bakıda məlumat kitabçası Azərbaycan dilində olan və xaricdə istehsal olunan məişət avadanlıqlarına rast gəlinir.

Hüquqşunas Anar Ramazanov isə deyir ki, Azərbaycana gətirilən malın etiketinin Azərbaycan dilində olmaması birmənalı olaraq ''istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun''un tələbinin pozulmasıdır. Sözügedən qanunun 13-cü maddəsində bu məsələ ətraflı şəkildə öz əksini tapıb.

Hüquqşunasın sözlərinə görə, istehlakçıların hüquqlarının pozulması nəticəsində vətəndaşa 300 manata qədər ziyan dəyərsə vəzifəli şəxslər 1500-2000 manat, hüququ şəxslər isə 4000-6000 manat cərimə edilə bilərlər. Əgər istehlakçıya dəyən ziyan 300 manatdan çox olarsa, bu halda malı satan şəxs cinayyət məsuliyyətinə cəlb edilə bilər.

Xəbər lenti