Naftalanda evdən oğurluq olub. Qadın evə gələndə mənzilinin dağınıq olduğunu görüb. Məlum olub ki evə girən şəxslər 7 min manat pul 20 min manata yaxın qızıl zinət əşyaları aparıblar.
Bacısıgilə qonaq gedən qadın evinə dönəndə,mənzilinin qarət ediliyini görüb.
Hadisə Naftalan şəhəri İslam Həsənzadə küçəsi ev 8 , mənzil 46 da yaşayan Sayad Süleymanovanın başına gəlib. Yaşlı qadın açarı salıb qapını açan zaman mənzilin dağınıq vəziyyətdə oluğunu,qızıl qabalarının isə yerdə olduğunu görüb. Uzun illər ticarət sahəsində çalışan qadın evindən 7 min manat nağd pul, 20 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarının oğurlandığını deyir.
Naftalan sakini mənzilində tək yaşadığını ilk dəfədir ki, belə halla rastlaşdığını deyir. Sayad Suleymanova oğurlanan qızıllar arasında nəvəsinin toyu üçün alınan qolbaq,yaxalıq və digərlərinin aparıldığını da deyir.
Zərərçəkən baş verən hadisəynən bağlı Naftalan şəhər polis şöbəsinə müraciyyət edib.Polis əməkdaşlar hadisə yerinə baxış keçirib.Hadisənin araşdırıldığı bildirilib.