Paytaxtda bəzi sürücülər yolda tıxac görən kimi bordürlərin üstüna çıxaraq qarşı tərəfə keçirlər. Onlar bu hərkəti ilə həm öz , həm də digər yolda hərkət edən avtomobillər üçün təhlükə yaradırlar. Ötən gündə belə bir mənzərə yaşanıb. Amma bu dəfə cəhdi uğursuz alanın sürücü yolun ortasında qalıb.
Əks yola çıxmaq istəməyən sürücünün cəhdi uğursuz olub.
Dövlət qeydiyyat nişanı 90 SH 087 olan avtomobilin sürücü tıxaclı yolda dayanmayraq yolun hərkət hissələrini ayıran maneələrin üzərinə çıxıb. Amma bu zaman alt hissəsi betona ilişinə avtomobil yolun ortasında qalıb.
''Xəzər Xəbər'' in vatsap nömrəsinə göndərilən bu görüntülər paytaxtda nizami rayonunda çəkilib.
Videonu çəkən şəxsində dediyi kimi sürücü bu hərkəti ilə beton maneələrədə ziyan vurub.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə sürücü bu hərəkəti avtomobilin ilə yolun hərkət hissəsində yerləşmə qaydasını pozub və o 40 manatlıq cərimə olunmalıdır. Üstəlik bunu edən sürücü qarşıdan gələnlərin yoluna çıxmaqla onlarında hərəktinə mane olarsa bu zaman 3 cərimə balı və 60 manat miqdarında cərimələnməlidir. Bundan başqa pozuntu nəticəsində yol təssərüfastına dəyən ziyanda sürücü tərəfindən tam formada ödənilməlidir. Əslində yolların beton maneələrlə ayrılmasının bir səbəbidə ölkə yollarında bu kimi pozuntuların qarşısını almaq və bununlada qəzaları azaltmaqdır. Amma görünür ki, hələdə bəzi sürücülər hər vəclə həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.