Saatlı rayonunda qətl hadisəsi törədilib.
Rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
51 yaşlıkənd sakini Oktay Əkbərovun başında 2 güllə yarası olan meyiti ona məxsusavtomobildə aşkar edilib. Yaxınlarının bildirdiyinə görə qətlə yetrilən oktay əkbərov bir neçə gün bundan öncə kəndə qardaşı gilə qonaq gəlibmiş.
Dünən axşam isə o, evdə olarkən telefonuna zəng gəlib. Elə qətl hadisəsi də, bundan sonra baş verib. Meyit müayinə olunmaq üçün sabirabad morquna təhvil verilib. Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.
Faktla bağlı saatlı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.