Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Xezerxeber.az-ın məlumatına görə, bu çərçivədə Nazirlik tərəfindən tikilən üçotaqlı evin sənədləri Kürdəmirdə yaşayan Qarabağ müharibəsi iştirakçısına verilib.
Ağsuda isə 3 yeni fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib. Təqdimat mərasimində çıxış edənlər bildiriblər ki, bu ilin avqustunda paytaxtın Qaradağ rayonunda 35 mənzil şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə verilib. Həmçinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillərlə təminatı bundan sonra da davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: