Eyni balıq bir tərəfdə 6-7 manata, digər tərəfdə isə 9-12 manat arasında satılır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Naxçıvan sazan balığından gedir.
Bazarlarda bəzi satıcılar dəniz və göldən tutulan, eləcə də süni şəkildə yetirşdirilən sazan balığını Naxçıvandan gətirilən sazan balığı adı ilə müştərilərə satırlar. Bunu qiymətlərin fərqli olması da sübut edir. Məsələn, paytaxda yerləşən Keşlə və Yaşıl bazarlarda Naxçıvandan gətirilən sazan balığının bir kiloqramının qiyməti 8-10 manata satılır.
Dəniz və süni şəkildə yetişdirilən sazan balığının qiyməti isə daha ucuzdur.
Bir çox hallarda isə tələbat Naxçıvan sazan balığına olduğundan bəzi satıcılar dənizdən tutulan sazan balığını Naxçıvandan gətirilən sazan balığı adı ilə müştərilərə satırlar.
Satıcılar bildirdilər ki, sazan balıqlarının qiyməti hava şəraitindən asılı olaraq dəyişir.
Bəs aldanmamaq üçün bu balığı digər sazan balıqlarından hecə fərqləndirmək olar?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: