Xəzər Xəbər

Orta məktəblərdə səsli dərsliklərin tətbiqinə başlanılıb - VİDEO

Veb TV | 19:39 • 24 Noyabr 2018
Orta məktəblərdə səsli dərsliklərin tətbiqinə başlanılıb -

Orta məktəblərdə "Səsli dərslik" layihəsinin tətbiqinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, 6-cı sinif ədəbiyyat dərsliyindəki mətnlər TV, radio diktorları və qiraətçilər tərəfindən yüksək səviyyədə səsləndirilib və bu elektron tədris resursları sesliderslik.az saytına yerləşdirilib. Beləliklə, şagirdlə oxumaqla yanaşı dinləməklə də öyrənmək imkanı əldə edəcəklər.

Daha çox görmə məhdudiyyəti olanlar üçün nəzərdə tutulan layihə 6-cı sinif şagirdlərinin ədəbiyyat dərsliyindəki bədii mətnləri rahat şəkildə öyrənmələrini təmin edəcək.

Təhil Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş layihənin hazırlanmasına 5 ay zaman sərf edilib.

Layihə rəhbəri Nofəl Şirinov deyir ki, bu addım nəinki görmə imkanlari məhdud, eyni zamanda bütün şagirdlərin dərslikdəki bədii mətnləri eşidərək öyrənməsinə, sözləri düzgün tələffüz etmələrinə və natiqlik qabiliyyətlərinin inkişafina xidmət edəcək.

Nofəl Şirinov bildirir ki, layihənin effektivliyi qarşıdakı dövrdə tam aydın olacaq və bundan sonra digər fənlərdə də bu metodun tətbiqi mümkün ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar