Xəzər Xəbər

"Azərişıq"dan SƏRT XƏBƏRDARLIQ İşıqları kəsiləcək - VİDEO

Veb TV | 20:05 • 23 Noyabr 2018
"Azərişıq"dan SƏRT XƏBƏRDARLIQ

"Azərişıq" ASC-nə borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 27 noyabr saat 12:00-da dayandırılacaq. Qurumdan bildirilib ki, proses qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada həyata keçiriləcək."Azərişıq" ASC-nin enerji satışı departamenti direktorunun birinci müavini Vüqar Nəbibbəyli bildirdi ki, debütor borcu olan abonetlərə 4 gün ərzində borclarını ödəmək üçün vaxt verilib.

Vüqar Nəbibbəyli deyir ki, borcunu qeyd olunan müddətdə ödəməyən abonentlərə hər hansı güzəşt edilməyəcək.

"Azərişıq" rəsmisinin sözlərinə görə, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xəbər lenti