Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. Xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. Sakinlər həkim çatışmazlığından əziyyət çəkirlər. Məsələyə səhiyyə nazirliyi də münasibət bildirib.
Xəstəxana binası müasir formada təmir edilib, zəruri avadanlıqlarla təchiz olunub.
Tibb ocağının təcili tibbi yardım maşını belə var. Lakin bu şəraiti olan xəstəxanada cəmi bir həkim işləyir. O da 81 yaşındadır.
Söhbət İsmayıllı rayonu, Lahıc qəsəbəsində fəaliyyət göstərən sahə xəstəxanasından gedir. 1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta hamilə qadınların müraciətlərini də geri çevirməyib.
Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama ginekoloqu da özüdür. Bura başqa həkimlərin gəlməməsinə isə belə münasibət bildirir.
Xəstəxananın həkim sarıdan korluq çəkməsi isə ən çox kənd sakinlərini narahat edir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirib. İndi kənd sakinləri belə müasir xəstəxanaya gəlib işləyəcək fədakar həkimlərin yolunu gözləyirlər.