Paytaxtın Badamdardar sürüşmə zonasındakı evlər söküləcək. Baş nazirin müavini Hacıbala Abutalıbovun sözlərinə görə həmin ərazidə polis məntəqələri də yaradılacaq. Son günlər yağan intensiv yağışlar isə həmin sürüşmə zonasında aktivliyi artırıb.
Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin Badamdardakı araşdırmaları növbəti ilədək davam edəcək.Modern.az açılamasında baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, "Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Yaponlar hesab edir ki, alınan avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların hamısının nəticəsi olaraq, hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Nazirlik layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iylun 1-də tam yekunlaşacaq deyə baş nazirin müaviniqeyd edib."
Hacıbala Abutalıbov bildirib ki, "Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür.Yapon müxtəxəssislər bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza etdikdən sonra gec-tez o evlər söküləcək.
Baş nazirin müavini deyib ki,yaxın günlərdə həmin ərazidə polis məntəqələri yaradılacaq.Artıq bununla bağlı Səbail rayon Polis İdarəsinə məktub göndərilib.
Hazırda isəintensiv yağan yağışlar nəticəsində 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasındakı ərazidə yamacın yuxarı hissəsində uçqun olub.Ekologiya və təbii sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin geoloji planlama ekspedisiyasının nümayyəndəsi Rafiq Həsənov ərazidə gərginliyin davam etdiyini deyib.
Qeyd edək ki,ötən ayın 12-də yamacda baş verən sürüşmə zamanı bir neçə evə ziyan dəyib.