Məktəbləri qarət edən dəstə üzvləri saxlanılıb.
Bakıdakı 54 saylı orta məktəbin rəhbərliyi Nəsimi rayon 19-cu polis şöbəsinə məlumat verib ki, hər birinin qiyməti 700 manat olan 4 ədədproyektor oğurlanıb.
Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran sakinləri Anar Sadıqov,Elnur Zeynalov və Ruslan Əliyev saxlanılıblar. Onlar 54 saylı orta məktəbdən 4 ədəd proyektor və məktəbin yeməkxanasından 9 manat pul oğurladıqlarını etiraf ediblər.
Aradşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digərləvazimatlar oğurlayıblar.
Qeyd olunan faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Xətai Rayon Polis İdarəsi əməkdaşları isə marketdə soyğunçuluq edən şəxsi tutub. ''NZS'' qəsəbəsində yeləşən marketlərdən birinin kassasından95 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən Hacıqabul rayon sakini Vüsal Tağıyev saxlanılıb. İstintaqa verdiyi ifadəsində Vüsal Tağıyev törətdiyi cinayəti etiraf edib.
Polis əməkdaşlarının Xətaidə keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsindəbir neçə gün bundan əvvəltaksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Fuad Həsənovun 150 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Anar Qafarov saxlanılıb. O, ifadəsində taksi sürücüsünün pulunu aldığını etiraf edib. Qeyd olunan faktlarla bağlı Xətai RayonPolis İdarəsində cinayət işi başlanıb.